AUT.AZ

UEFA Avrokubokların yeni formatını açıqladı – VİDEO

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündən qüvvəyə minəcək avrokubokların yeni formatını aydın şəkildə izah edən video yayımlayıb.

Aut.az xəbər verir ki, əsas fərq ondan ibarətdir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində əvvəlki kimi 32 deyil, 36 komanda iştirak edəcək.

Bundan əlavə, bütün komandalar eyni divizionda oynayacağı üçün artıq qruplara bölünmə olmayacaq. Hər komanda 8 oyun keçirəcək (Çempionlar Liqasında): dördü evdə, dördü isə səfərdə.

Səkkiz fərqli rəqibi müəyyən etmək üçün komandalar əvvəlcə dörd səbətə səpiləcəklər.

Videoda yeni formatı daha aydın öyrənə bilərsiniz:

 

Exit mobile version