AUT.AZ

Putin müdaxilə etdi: BƏƏ onu tezliklə azad edəcək

Moskvanın “Spartak” klubunun hücumçusu Kvinsi Promes tezliklə BƏƏ-də sərbəst buraxılacaq.

Aut.az xəbər verir ki, bu barədə “Voetbalprimeur” məlumat yayıb .

Mənbənin sözlərinə görə, “Spartak”ın futbolçusunun azadlığa buraxılması ilə bağlı Əmirliklərlə danışıqlar ən yüksək siyasi səviyyədə aparılıb. Rusiya tərəfi Promesin buraxılmasını təmin edə bilib.

Fevralın 29-da Dubay polisi Promesi Əl-Məktum Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlayıb və oyunçu polis bölməsinə aparılıb.

Niderland prokurorluğu Promesin BƏƏ-də yerli qanun pozuntusuna görə saxlanıldığını bildirib.

Xatırladaq ki, bu mövsüm Promes “Spartak”ın heyətində müxtəlif turnirlərdə 21 oyun keçirib, burada 8 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun Rusiya klubu ilə müqaviləsi 2024-cü ilin iyununa qədər qüvvədədir.

Aut.az

Exit mobile version