AUT.AZ

Atası qalmaqal yaradıb: Bu Qran Priyə getməyəcək

“Red Bull” komandasının sürücüsü Maks Ferstappenin atası Cos Səudiyyə Ərəbistanı Qran Prisində iştirak etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mövsümün ilk turunda Ferstappen Sr, Kristian Hornerin potensial qovulmasından danışaraq, qalmaqalın komandanı məhv edə biləcəyini bildirib və komanda rəhbərini istefaya çağırıb. Bundan əlavə, Ferstappen və Horner padokda mübahisə ediblər.

Maraqlıdır ki, bir sıra ekspertlərin fikrincə, Hornerlə bağlı qalmaqal məhz Cosun təhriki ilə ictimaiyyətə məlum olub.

Aut.az

Exit mobile version