AUT.AZ

Dünya çempionu faciəli şəkildə öldü

Tay boksu üzrə dünya çempionatının ikiqat qalibi Nikita Çernov martın 2-də yarışa gedərkən avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Aut.az xəbər verir ki, martın 2-də səhər saatlarında Zveniqovski rayonu ərazisində, Vyatka şossesinin 26-cı kilometrliyində “KAMAZ” və “Volvo” markalı avtomobillərin iştirakı ilə qəza baş verib. Yük maşınının sürücüsü ikinci dərəcəli yoldan çıxarkən minik avtomobilinə yol verməyib. 22 yaşlı sərnişin yerindəcə keçinib, sürücü və daha iki sərnişin yaralanıb.

Çernov idman ustası, Rusiya kubokunun qalibi, tələbələr arasında ikiqat ölkə çempionu, üçqat ölkə çempionatlarının qalibi olub.

Exit mobile version