AUT.AZ

Azarkeş Mançester derbisindəki jestinə görə həbs olundu

Polis İngiltərə futbol çempionatının 27-ci turunun “Mançester Yunayted”lə oyununda jest edən “Mançester Siti” azarkeşini saxlayıb.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə azarkeşin əllərini uzadaraq təyyarənin uçuşunu təqlid etdiyini əks etdirən video yayılıb. Onun 1958-ci ilin fevralında Münhendə “Mançester Yunayted”in futbolçularının ölümünə səbəb olan təyyarə qəzasını belə ələ saldığı güman edilir.

“Mançester derbisi zamanı zabitlər faciəni ələ salmaqda şübhəli bilinən bir şəxsi həbs ediblər. Tamaşaçıların xəbərdar etməsindən sonra həmin şəxs dərhal bizim əməkdaşlarımız tərəfindən saxlanılıb”, – polisinin sözçüsü bildirib.

Exit mobile version