AUT.AZ

Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində çıxış edəcək Albaniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Aut.az xəbər verir ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində baş tutacaq. Oyunun start fiti saat 20:45-də veriləcək. Bu barədə “pamfleti.net” məlumat yayıb.

Qeyd edək ki, Albaniya Avro-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə yarışacaq.

Exit mobile version