AUT.AZ

Qurban Qurbanov: “İstədiyim kimi oyuna nəzarət edə bilmədik”

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” oyunundan (1:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– İstəkli komadaya qarşı oynadıq. Rəqib oyuna ciddi hazırlaşmışdı. Bəlkə də istədiyim kimi oyuna nəzarət edə bilmədik, amma futbolçuları təbrik edirəm. Azarkeşlər üçün maraqlı oldu. Hər iki komdanın azarkeşlərinə təşəkkür edirəm.

– “Bayer”ə qarşı bu heyətlə meydana çıxmaq olar?
– Qarşıda üç gün var, rəqibin oyununa baxıb, ona görə heyəti quracağıq.

– “Neftçi”nin oyuna ciddi hazırlaşdığını dediniz. Bəs ciddi hazırlaşmasaydı, hesab neçə-neçə olardı?
– Sonda 2 qol vurduq. Belə oyunlarda hesabın fərqi yoxdur. Geridə olan komdan irəliyə atılır və ona görə qollar buraxılır.

– Xal fərqi 23-ə çatdı. Qarşıdakı oyunlarda əvəzedici heyətə şans verə bilərsiniz?
– Bu haqda düşünmürəm. Futbolçu öz ritmindən düşməməlidir. Ona görə vaxt itirə bilmərəm. Perspektivli futbolçular bizimlə məşq edir. Amma oyuna buraxmaq haqda düşünmürəm.

– Qarşıdakı matçlarda gənc oyunçulardan kiməsə şans verməyi düşünürsünüz?
– Oyunçuları formada saxlamaq lazımdır. Medina qayıdır, ona çox oynamaq lazım olacaq. Futbolçularımı mövsümün sonuna qədər formada tutmağa çalışacam.

– Oyundan sonra rəqib azarkeşlər sizin adınızı çəkib alqışladı. Nə hisslər keçirdiniz?
– Təşəkkür edirəm. Azərbaycanlıyıq. Hər zaman “Neftçi”yə hörmətim olub. Onların uğuru bizi sevindirir.

– Turnir cədvəlində liderlər ikinci yer arasında böyük xal fərqi var. Bunu nə ilə əsaslandıra bilərsiniz?
– Bizim oyunlarımız bəlkədə uğurlu keçib. Qarşıdakı oyunlara da ciddi hazırlaşacağıq. Arxayınlıq bizə mane olar. Elə oyunlarımız olub ki, gərgin keçib. Çempionat asan deyil. Gərgin keçir. Sadəcə dediyim kimi, hansısa oyundan bacarıqlı çıxmışıq.

– Lenadro Andradenin qışdan sonra oyununda eniş var. Bu fikirlə razısınız?
– Ola bilər, olsun. Amma proqramımıza baxsaq, bəzən futbolçuları tam idman formasında saxlaya bilmirik. Bəzən yorulurlar və s. Avroliqa oyunlarına görə belə hallar olur. Razıyam ki, daha yaxşı oynaya bilər.

– “Bayer”ə qarşı Bakı Olimpiya Stadionunda çıxış etmək haqda nə düşünürsünüz? Orada rəqibi qəbul etmək daha yaxşı olmazdımı?
– Tofiq Bəhramov adına Respublika Stadionuna öyrəşmişik. Bütün Oyunlar BOS-da olsa, yenə hə. Amma burada hamı sanki evin içindədir. Meydançanı daha yaxşı hiss edirlər. 30 min azarkeşimiz “Tofiq Bəhramov”da 65 min kimdirlər.

– Maraqlı statistika var ki, daha çox ikinci hissədə qol vurmusunuz. Bunu izahı var?
– Oyundur, getişata görə hər şey dəyişə bilər. Elə olub ki, ilk hissədə 3 qol vurmuşuq. Futbolçu ilk hissədə daha aktiv olur. İkinci hissədə hansı komandasa daha çox qol epizodu yaradır. Ola bilər ki, biz budan daha çox istifadə edə bilirik.

Exit mobile version