AUT.AZ

Onun “İnter”dəki gələcəyi necə olacaq?

“İnter” rəhbərliyi baş məşqçi Simone İnzaqiniun müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmağı planlaşdırır.

Aut.az xəbər verir ki. bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssisin yeni sözləşməsində onun maaşının artırılması nəzərdə tutulub. İnzaqinin hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

47 yaşlı çalışdırıcı 2021-ci ilin yayında “İnter”i çalışdırır. Onun rəhbərliyi altında Milan klubu 2 dəfə ölkə kubokunu və 3 dəfə İtaliya Superkubokunu qazanıb. Ötən mövsüm İnzaqi Milan klubu Çempionlar Liqasının finalına çıxarıb. İtaliya çempionatının cari mövsümündə isə “neradzurri” vahid liderdir.

Exit mobile version