AUT.AZ

La Liqa araşdırmaya başladı: Uşaq Vinisiusa qarşı irqçilik edib? – VİDEO

La Liqa rəhbərliyi çempionatın 27-ci turunun “Valensiya” – “Real” matçında (0:0) baş verən irqçilik hadisəsi ilə bağlı araşdırmaya başlayıb.

Aut.az xəbər verir ki, buna səbəb yerli azyaşlı azarkeşlərdən biri Madrid klubunun cinah oyunçusu Vinisius Junioru “meymun” adlandırması olub. Bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, La Liqa rəhbərliyi “ESPN Brazil”in sosial şəbəkə hesabında yayımladığı videodan sonra xəbərdar olub. Görüntüdə uşağın braziliyalı futbolçunun ünvanına təhqiramiz sözlər deyib. Bu videonu çəkən qadının görüş zamanı dərhal stadiona polis çağırdığı vurğulanıb.

Xatırladaq ki, bu komandaların ötən mövsüm La Liqanın 35-ci turu çərçivəsində baş tutan oyununda (1:0) “yarasalar”ın azarkeşləri də Vinisiusu təhqir etmiş, bundan sonra bir neçə şəxs polis tərəfindən saxlanılmışdı.

Exit mobile version