AUT.AZ

Hücumçudan da yaxşı müdafiəçi: “Qarabağ”ın rəqibində unikal göstərici

beim Europa League Spiel zwischen Bayer 04 Leverkusen und FC Zürich am 08.11.2018, Foto: Joerg Schueler

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”in  müdafiəçisi Ceremi Frimponq mövsümdə 10 qol və 10 məhsuldar ötürmə həddini keçib.

Aut.az xəbər verir ki, futbolçu “Bayer”in “Köln”lə oyununda (2:0) qol vurub. Bu, onun cari mövsümdə 10-cu qolu olub. O, 10 məhsuldar ötürmə də edib. Maraqlıdır ki, futbolçu sağ cinah müdafiəçisi mövqeyində oynayır.

Onunla “Mançester Yunayted”in maraqlandığı barədə xəbərlər yayılıb.

Bu mövsüm Almaniya çempionatında keçirilən 24 turdan sonra ispan mütəxəssis Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” 54 xalla ikinci pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version