AUT.AZ

“Yunayted”lə “Milan” mübarizəyə başladı: Bu istedad uğrunda

Argentinanın “Boka Xuniors” klubunun 18 yaşlı mərkəz müdafiəçisi Aaron Anselmino Avropanın aparıcı klublarının marağına səbəb olub.

Aut.az xəbər verir ki, xüsusilə, söhbət artıq “Boka” ilə əlaqə saxlayan “Mançester Yunayted”  və “Milan”dan gedir.

Maraqlıdır ki, 18 yaşlı futbolçu klubu ilə 2028-ci ilin sonuna qədər 20 milyon dollarlıq buraxılış kompensasiyası bəndi ilə müqavilə imzalayıb. Eyni zamanda, “Boka Xuniors” nəyin bahasına olursa-olsun Aaronu saxlamaq fikrində deyil.

Qeyd edək ki, Anselmino bu mövsüm “Boka Xuniors”da əsas komandanın heyətində ümumilikdə 5 oyun keçirib.

Aut.az

Exit mobile version