AUT.AZ

Söyüş söyən rusiyalını qovdular: Pulunu da aldılar

Rusiyalı tennisçi Andrey Rublev Dubayda (BƏƏ) keçirilən ATP 500 turnirindən diskvalifikasiya edilib.

Aut.az xəbər verir ki, Andrey yarımfinalda dünyanın beşinci raketka ustası Qazaxıstan təmsilçisi Aleksandr Bubliklə qarşılaşıb.

Üçüncü setin sonunda 7:6 (7:4), 6:7 (5:7), 5:6 hesabı ilə qalib gələn Rublev xətt hakiminin qarşısında rus dilində nalayiq ifadələr səsləndirib. Yan xətt hakimi qüllədəki hakimi məlumatlandırıb, o da öz növbəsində nəzarətçini çağırıb.

Nəticədə hakimlər görüşü dayandıraraq qələbəni Bublikə vermək qərarına gəliblər. Rusiyalı turnirdə qazandığı pul mükafatlarını və xallarını itirəcək.

Aut.az

Exit mobile version