AUT.AZ

Şevçenko üçün maliyyə çökəkliyi: Federasiyada bu qədər kəsir var

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko büdcə kəsirindən danışıb.

“Bizim büdcə kəsirimiz 105 milyon qrivnadır. Amma auditdən sonra buna aydınlıq gələcək. Gözləməlisiniz, çünki audit 9 ildir aparılır. Və bu, təkcə maliyyə auditi deyil, həm də əməliyyat auditidir – UAF-nin inzibati fəaliyyəti təhlil edilir və bu, prosesi çətinləşdirir.

Daha çox söz deyə bilmərəm, yoxlamanın sonunu gözləyirik. Amma yoxlamanın nəticələrini hamı biləcək”, – Şevçenko bildirib.

Daha əvvəl Şevçenko UAF-nin məşhur “Adidas” brendi ilə danışıqlar apardığını bildirmişdi.

Aut.az

Exit mobile version