AUT.AZ

Şarapova Bekhemlə fotosunu paylaşdı, bu sözləri yazdı

Beşqat Böyük Dəbilqə çempionu, dünyanın sabiq bir nömrəli tennisçisi Mariya Şarapova sosial şəbəkələrdə keçmiş britaniyalı müğənni, hazırda modelyer Viktoriya Bekhemlə fotosunu paylaşıb.

Aut.az xəbər verir ki, Şarapova və Bekhem bu günlərdə Qadın Moda Həftəsinin keçirildiyi Parisdədir. Burada həmçinin Viktorianın adı ilə bağlı olan brendinin nümayişi də olacaq.

“Viktoriyanı heç nə dayandıra bilməz, hətta qırıq ayaq belə! Bu axşam sizin yaradıcılığınızı görməyə çox şadam”, – deyə Şarapova paylaşıma yazıb.

Exit mobile version