AUT.AZ

Ozan Can yenə qol vurdu

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland I Liqasında növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Alkmaar”ın əvəzediciləri ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 1:1.

Ozan bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb. O, 65-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

“Eyndhoven” 28 turdan sonra 34 xalla 14-cü sırada qərarlaşıb. “Alkmaar”ın əvəzediciləri isə 40 xalla 8-ci pillədədir.

Exit mobile version