AUT.AZ

Ona yazığı gəlir: Futbol böyük oyunçunu itirdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Turin klubunun 30 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın dopinqə görə 4 illik diskvalifikasiyası barədə danışıb.

“İki gün əvvəl ona mesaj yazdım. Şəxsən mənim ona çox yazığım gəlir. Futbolda məşqçilik etməkdən həzz aldığım böyük oyunçu itirilir. Bundan başqa, Pol çox yaxşı insandır”, – deyə jurnalist Canluka Di Marzionun saytı Alleqridən sitat gətirib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında fransalı eyni vaxtda iki dopinq test sınağından çıxa bilməyib. Turinli yarımmüdafiəçinin nümunəsində çox yüksək testosteron səviyyəsi aşkar edilib. 30 yaşlı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsələr də, bu, istənilən nəticəni verməyib.

Aut.az

Exit mobile version