AUT.AZ

Olimpiya çempionu futbola sərmayə qoydu – FOTOLAR

Daha bir əfsanəvi idmançı futbol dünyasına qədəm qoyur.

Aut.az xəbər verir ki,Məşhur dağ xizəkçisi Lindsi Vonn futbol klubuna pul yatırıb. ABŞ-lı idmançı ölkəsinin “Yuta Royals” klubunun şərikli sahibi olub. Komanda ABŞ Milli Qadınlar Futbol Liqasında çıxış edir.

“Mən “Royals” fanatıyam. Amma demək istəyirəm ki, mən təkcə azarkeş rolunda olmayacağam. Artıq klubun ortaq sahibi oldum. Mən qadınları, xüsusən də Yuta ştatındakı həmcinslərimi dəstəkləmək istəyirəm. Uzun müddətdir bu layihədə iştirak edən, eləcə də Yutaya 2034-cü il Oyunlarına ev sahibliyi etmək təklifində kömək edən biri kimi mən komandanın əsas liqaya qayıtmasından çox şadam”, – deyə Vonn klubun mətbuat xidmətinə bildirib.

“Yuta Royals” yeni mövsümə iyulun 17-də başlayacaq. Komanda doğma meydanda “Çikaqo Red Stars”la qarşılaşacaq.

Qeyd edək ki, Lindsi Vonn dağ xizək tarixinin ən yaxşı idmançılarından biri hesab olunur. Amerikalı Qış Olimpiya Oyunlarında qızıl medal qazanmaqla yanaşı, 4 dəfə Dünya Kubokunun qalibi olub. 2019-cu ildə idmandan ayrılıb.

Exit mobile version