AUT.AZ

Messi 500 milyonu belə qeyd etdi – VİDEO

Səkkiz dəfə “Qızıl top”un qalibi argentinalı Lionel Messi İnstaqramda 500 milyon izləyiciyə çatmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Messi bununla bağlı xüsusi video paylaşıb.

“500 milyon abunəçi! Hər zaman yanımızda olduğunuz üçün təşəkkür edirəm!” – Messi videonun altında yazıb.

Xatırladaq ki, Lionel Kriştiano Ronaldodan sonra İnstaqramda bu qədər abunəçi toplaya bilən ikinci futbolçu olub.

Aut.az

Exit mobile version