AUT.AZ

Mbappe fasilədə niyə əvəzlənib? – Bilməlisiniz ki…

Liqa 1-in 24-cü turunun açılış matçında PSJ “Monako”nun qonağı olub. 

Aut.az xəbər verir ki, matça əsas heyətdə başlayan PSJ-nin hücumçusu Kilian Mbappe fasilədə əvəzlənib.

Parislilərin baş məşqçisi Luis Enrike oyundan sonra mətbuat konfransında bu barədə açıqlama verib:

“Mən uzun müddətdir ki, futboldayam. Bilməlisiniz ki, belə bir klubda hər şey vacibdir. Gec-tez Mbappesiz oynayacağıq, buna öyrəşməliyik.

Qeyd edək ki, mətbuatda 25 yaşlı forvardın “Real”la müqavilənin son detallarını razılaşdırdığı iddia olunur.

Exit mobile version