AUT.AZ

İngiltərədə müəmmalı görüş

Yaxın vaxtlarda “Mançester Yunayted”də eyni vəzifəni tutacağı deyilən “Nyukasl”ın idman direktoru Den Eşvort “Çelsi” və “Brayton”nun sabiq baş məşqçisi Qrem Potterlə görüşüb.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın yeni həmsahibi olan britaniyalı milyarder Cim Ratkliff hazırda “Mançester Yunayted”ə başçılıq edən niderlandlı mütəxəssis Erik ten Haqın yerinə Potteri əsas namizəd hesab edir.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Mançester Yunayted” və “Nyukasl”ın Eşvortun klubdan ayrılmasına görə təzminat məbləği ilə bağlı danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Son məlumatlara görə, tələb olunan təzminatın məbləği 25 milyon avrodur.

Aut.az

Exit mobile version