AUT.AZ

Haaland “Siti”dən bu halda ayrıla bilər: İki namizəd var

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland 2025-ci ildə İngiltərə klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki. İspan mətbuatının yazdığına görə, norveçli futbolçunun “şəhərlilər”lə bu barədə anlaşması var.  Belə ki, Haalanda görə 2024-25 mövsümü başa çatdıqdan sonra ona 175 milyon avro təklif edilərsə, İngiltərə klubundan ayrıla bilər.

Futbolçunun transferinə əsas namizədlər “Barselona” və “Real”dır. Kataloniya klubu maliyyə vəziyyətini düzəldə bilərsə, bu keçidin reallaşması mümkündür. Bundan başqa, Madrid klubunun prezidenti Florentino Peres Kilian Mbappe və Haalandı bir komandada birləşdirməkdə həvəslidir.

Exit mobile version