AUT.AZ

Futbolda hakimlərlə danışmaq qadağan olunacaq?

Futbol oyununun qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni mövsümdən etibarən bu idman növünün reqlamentinə hansı dəyişikliklərin ediləcəyinə bu gün – martın 2-də qərar verəcək.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, tətbiq oluna biləcək qaydalardan biri də odur ki, gələn mövsümdən etibarən futbol meydançasında hakimlə yalnız oynayan komandaların kapitanları danışa biləcək. Digər oyunçular da oxşar cəhd edərsə, onlara sarı vərəqə göstəriləcək.

Həmçinin 30 iyun 2024-cü il tarixindən etibarən futbol hakimlərindən matçlar zamanı meydançada baş verən hadisələri qeydə alan xüsusi kamera taxmaq da tələb oluna bilər.

Exit mobile version