AUT.AZ

FİFA prezidenti bu ideyanı bəyənmədi

FİFA prezidenti Canni İnfantino futbolda mavi vərəqələrin tətbiq ediləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, funksioner qurumunun mavi vərəqələrin qəti əleyhinə olduğunu bildirib. “FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Olmaz”, – deyə İnfantino jurnalistlərə açıqlamasında deyib.

Futbolda mavi vərəqənin tətbiq ediləcəyi bildirilirdi. Hakim bu kartı oyunçulara perspektivli hücumu kəsən taktiki qayda pozuntusuna görə, həmçinin futbolçunun onunla fikir ayrılığına görə göstərəcəkdi.

Əgər oyunçu mavi vərəqə alsa, 10 dəqiqəlik meydandan kənarlaşdırılacaqdı. Bir oyunçuya iki mavi və ya sarı və mavi kartlar göstərildiyi təqdirdə bu, qırmızı vərəqəyə çevriləcəkdi.

Bildirilib ki, ilkin mərhələdə mavi vərəqənin sınaqdan keçirilməsi yüksək səviyyəli yarışlara təsir etməyəcək. Lakin yayda İngiltərədə aşağı qrupları üzrə turnirlərdə, o cümlədən kişi və qadın komandalar arasında ölkə Kubokunda sınaqlara başlana bilər.

Aut.az

Exit mobile version