AUT.AZ

Corcinadan Ronaldoya möhtəşəm jest – FOTO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez Paris Moda Həftəsində yeni Vetements kolleksiyasının nümayişi zamanı sevgilisinə jest edib.

Aut.az xəbər verir ki, 30 yaşlı argentinalı model podiuma futbol geyiminə bənzər qırmızı libasda çıxıb. Paltarın ön tərəfində 7 rəqəmi, Ronaldonun adı və avtoqrafı yer alıb.

Corcinanın bu jesti böyük maraq yaradıb. Buna səbəb paltarın qırmızı rəngdə olmasıdır. Portuqaliyalı superulduzun qırmızı formayla çıxış etdiyi yeganə komanda “Mançester Yunayted”dir. Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə bu komandada çıxış edib. Son olaraq isə oradan qalmaqallı şəkildə ayrılıb.

Exit mobile version