AUT.AZ

Benzema qayıdır: Sensasion geri dönüş hazırlanır

Fransanın “Lion” klubu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun ulduz hücumçusu Kərim Benzemanın transferini təşkil etmək istəyir .

Aut.az xəbər verir ki, “Lion” rəhbərliyi gələn yay Benzemanın transferini təşkil etmək üçün əlindən gələni etməyi planlaşdırır. 2022-ci ildə “Qızıl top”un qalibi bu yaxınlarda “Əl-İttihad”dan ayrılmaq istəyi ilə bağlı çoxsaylı söz-söhbətlərə baxmayaraq, Səudiyyə Ərəbistanında xoşbəxt olduğunu açıqlayıb.

Benzema peşəkar karyerasına “Lion”da başlayıb, burada “Real” keçməzdən əvvəl beş mövsüm keçirib.

Aut.az

Exit mobile version