AUT.AZ

Ançelottidən Arda mesajı: Darıxmayın…

“Real”ın baş məşqçisi Karlo Ançelotti 19 yaşlı yarımmüdafiəçi Arda Gülərin “Los Blancos”un heyətində aldığı oyun müddətindən narazı qalması ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Ançelottidən sitat gətirib.

“Gülər? Səbir tələb edir. Düzdür, ona oyun dəqiqələri lazımdır, amma bəzən matç, komanda, vəziyyət fərqli seçim tələb edir. Ardaya güvənirəm, istərdim ki, azarkeşlər onun istedadını görüb zövq alsınlar. Darıxmayın, onun vaxtı gələcək, amma səbr lazımdır”, –

Xatırladaq ki, bu mövsüm Gülər ​​bütün turnirlərdə effektli olmadığı 5 qarşılaşmada iştirak edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 92 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Aut.az

Exit mobile version