AUT.AZ

1000-ə çatdı

“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda BƏƏ-də “Emirates”də çıxış edən Andres İnyesta peşəkar karyerasında 1000-ci matçına çıxıb.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı futbolçunun üçün 1000-ci oyunu 80 dəqiqə meydanda olduğu “Ajman” – “Emirates” (0:2) oyununda reallaşıb.

Belə ki, İnyesta “Barselona B”də 49, “Barselona”nın əsas  komandasında 674 oyun keçirib. İspan futbolçu Yaponiyada “Vissel Kobe”nin heyətində 134, hazırkı klubunda 12, İspaniya millisində isə 131 oyun keçirib.

Xatırladaq ki, İnyesta bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 800 min avrodur.

Aut.az

Exit mobile version