AUT.AZ

Prokuror ondan əl çəkmir: Şikayət edəcək

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşə verilən cəzadan apellyasiya şikayəti verəcək.

Aut.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunur ki, Alveşin cəzası ilkin olaraq 150 min avro məbləğində təzminat ödəməyə razı olduğu üçün dəyişdirilib. Həm prokurorluq, həm də xüsusi ittihamçı tərəf bu bəndin tətbiqinə qarşı çıxıb. Bir arqument ondan ibarətdir ki, bu bənd Daniyə daha böyük maliyyə imkanlarına görə üstünlük verir.

Xatırladaq ki, fevral ayında Barselona məhkəməsi 40 yaşlı braziliyalı futbolçunu cinsi təcavüzdə təqsirli bilib və onu 4,5 il müddətinə azadlıqdan məhrum edib, həmçinin 150 min dollar cərimələyib.

Mənbənin sözlərinə görə, prokurorluq cəzanın artırılmasını istəyir. İttiham tərəfi daha əvvəl Alveşin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Aut.az

Exit mobile version