Fransa millisinin baş məşqçisi Didye Deşam Pol Poqbanın diskvalifikasiyasına münasibət bildirib.
Aut.az xəbər verir ki, 30 yaşlı futbolu ilə DÇ-2018-in qalibi olan mütəxəssis bu sözləri deyib:
“Mən bir an belə təsəvvür edə bilmirəm ki, Pol qeyri-qanuni maddələr qəbul etmək niyyəti və ya iradəsində olub. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, bu, heç də ona bənzəmir. Amma müsbət nümunələr şəklində faktlarımız var. Qadağan olunmuş hormonun olması danılmazdır. Problem var və Pol İdman Arbitraj Məhkəməsi qarşısında özünü müdafiə etmək üçün yeni mübarizə aparmalı və hakimləri bilə-bilə qadağan olunmuş hormonu qəbul etmədiyinə inandırmalı olacaq.
İtaliya Antidopinq Məhkəməsinin bu cümə axşamı çıxardığı hökm kimi, bu da olduqca çətindir. Açığı, onun əldə etdiyi hər şeyi və Fransa millisindəki münasibətimizi nəzərə alaraq, hökmə biganə qala bilmərəm. Poqbanın vəziyyəti məni kədərləndirir və bütün qəlbimlə ümid edirəm ki, işlər yaxşılaşacaq. Hər halda, mən buna inanmaq istəyirəm”.
İtaliya Milli Antidopinq Tribunalı (NADO Italia) “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisini qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 il müddətinə diskvalifikasiya edib.