AUT.AZ

Lunyev millidən dəvət aldı

Rusiya millisinin mart ayında keçiriləcək təlim-məşq toplanışı üçün ilkin heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, 38 futbolçudan ibarət siyahıda “Qarabağ”ın futbolçusu Andrey Lunyevin də adı var.

Toplanış martın 14-də Novoqorskda başlayacaq. Rusiya millisi Moskvada iki yoldaşlıq oyunu keçirəcək. Komanda martın 21-də Serbiya, 4 gün sonra isə Paraqvayla qarşılaşacaq.

Exit mobile version