AUT.AZ

Həbib başa düşmür: Bu döyüşü niyə keçirilər?

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov promoşunun niyə Castin Qetci ilə Maks Hollouey arasında döyüş təşkil etmək qərarına gəldiyini anlamır.

Aut.az xəbər verir ki, Həbib bu barədə “MMAJunkie”yə müsahibəsində bildirib.

“Maks Holloueyə hörmətlə yanaşaraq, UFC-nin niyə bu döyüşü keçirmək qərarına gəldiyini bilmirəm və ya başa düşmürəm. Castin Qetci ilə Maks Hollouey – bu mübarizə mənasızdır. Hollouey ehtimal ki, sentyabr ayında İlia Topuria ilə döyüşməli idi. Castin isə may və ya iyun aylarında İslam Maxaçevlə.

Topuria indi kiminlə döyüşəcək? Mövsər Yevloyev ən yaxşı variantdır. Dana Uaytın ona titul şansı verib-verməyəcəyini bilmirəm. Məncə, o, buna layiqdir. Amma mən bunu başa düşmürəm. Nə mənası var? Niyə İslamı Castin Qetci ilə döyüşdürmürlər, niyə onu məcbur edirlər ki, Holloueylə döyüşsün? İslam hər kəslə döyüşməyə hazırdır”, – Həbib deyib.

Aut.az  

Exit mobile version