AUT.AZ

Onun üçün çox səxavətli təklif hazırlayırlar

Səudiyyə Ərəbistanı klublarından biri  “Mançester Siti”nin və Belçikanın yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək üçün böyük məbləğdə pul ayırmağa hazırdır.

Aut.az xəbər verir ki, nüfuzlu insayder Nikolo Şiranın sözlərinə görə, adı açıqlanmayan komanda “şəhərlilər”in liderlərindən birini komandadan ayrılmağa məcbur edəcək “inanılmaz və çox səxavətli” təklif hazırlayır.

Belçikalının “Mançester Siti” ilə 2025-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, səudiyyəlilər onu bu yay görmək istəyirlər. Ona 2027-ci ilə qədər müqavilə təklif etməyə hazırdırlar.

Xatırladaq ki, mövsümün əvvəlini zədə səbəbilə buraxan De Bruyne 12 oyun keçirib, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Exit mobile version