AUT.AZ

Zədəli Bellinqemdən xəbər var: Nə vaxt oynayacaq?

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem İspaniya La Liqasının 24-cü turunun “Jirona” ilə matçlbda (4:0) aldığı topuq zədəsindən sonra meydanlara qayıtmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçunun adı komandasının La Liqanın 27-ci turunun “Valensiya” ilə səfər oyunu üçün iştirak ərizəsinə daxil ediləcək. Görüş martın 2-də baş tutacaq.

İngilis futbolçunun oyunöncəsi ümumi qrupla məşq keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Bellinqem ötən ilin iyulunda Dortmund “Borussiya”sından 103 milyon avroya “Real”a keçib. O, “Los Blankos” formasıyla 29 matçda 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Exit mobile version