AUT.AZ

İspan velosipedçi faciəli şəkildə öldü

İspaniyalı velosipedçi Xuan Puxalte məşq zamanı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə “La comment de Murcia” məlumat yayıb.

18 yaşlı idmançı yolda, velosipedinin yanında uzanmış vəziyyətdə tapılıb. Hadisə şahidləri təcili yardım çağırıblar. Bildirilir ki, velosipedçi dalaq və böyrəklərindən xəsarət alıb, həmçinin daxili qanaxması, kəllə-beyin travması olub.

Müstəntiqlər hadisə yerindən qaçan avtomobillə baş vermiş qəzanın versiyası üzərində işləyirlər.

Puxalte xəstəxanada dünyasını dəyişib.

Aut.az

Exit mobile version