AUT.AZ

80 milyon verən onu ala biləcək

“Milan” müdafiəçisi Teo Hernandes üçün transfer qiymətini müəyyənləşdirib.

Aut.az xəbər verir ki, “rossonyerlər” onu istəyən klublarda 80 milyon avro tələb edəcək. Bu barədə “Sky Sport” məlumat yayıb.

28 yaşlı futbolçu “Bayern” və “Mançester Siti”nin transfer hədəfindədir.

Qeyd edək ki, 2019-cu ildən “Milan”da oynayan fransalının İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Exit mobile version