AUT.AZ

7,5 il həbsə cəzası alan məşhur futbolçu Dubayda saxlanıldı

Moskvanın “Spartak” klubunun hücumçusu Kvinsi Promes Dubayın Əl-Maktum hava limanında sərhəd nəzarətində saxlanılıb.

Aut.az xəbər verir ki, futbolçu bir neçə saatdır yerli polis idarəsində olduğu üçün BƏƏ-dən Sankt-Peterburqa uça bilməyib. Bu barədə Baza telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, BƏƏ-dən Sankt-Peterburqa gedən təyyarəyə Promesdən başqa bütün komanda oyunçuları buraxılıb. “Spartak”ın mühafizə işçiləri niderlandlı futbolçunun yanında qalıb. Hazırda Promesin saxlanmasının səbəbi məlum deyil.

Xatırladaq ki, fevralın 14-də Promes külli miqdarda narkotik qaçaqmalçılığında təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl futbolçu əmisi oğlunu bıçaqlandığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beləliklə, Promsun ümumi həbs cəzası 7,5 ildir.

Aut.az

Exit mobile version