AUT.AZ

Ten Haq onu danışdırmır

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın cinah oyunçusu Markus Reşfordla əlaqəni praktiki olaraq dayandırıb.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub əməkdaşları niderlandlı mütəxəssislə futbolçu arasında münasibətlərin tamamilə korlanmasından narahatdırlar.

Buna yanvarın sonunda məşq ərəfəsində Reşfordun spirtli içki qəbul etdiyi bara getməsi və ertəsi gün xəstə olduğunu bildirməsinin təsir etdiyi vurğulanır. Ten Haq 26 yaşlı hücumçunun oyun formasından da narazıdır.

Xatırladaq ki, Reşford bu mövsüm bütün turnirlərdə 31 matçda iştirak edib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Aut.az

Exit mobile version