AUT.AZ

“Real”da ara qarışdı: Ançelotti və futbolçular nədən narazıdırlar?

“Real” oyunçuları, həmçinin baş məşqçi Karlo Ançelotti vaxtaşırı hakim səhvlərinin təhlilinə həsr olunmuş videoçarxlar dərc edən klubun televiziyasının işindən narazıdırlar.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, hakimlərin işini təhlil edən yeni videonun yayımlanmasından sonra “Real” ətrafında yaranan neqativlik futbolçularda gərginlik hissi yaradır. Onlar hesab edirlər ki, bu cür videolara görə kluba əlavə, lazımsız təzyiqlər edilir.

Qeyd edək ki, “Real” La Liqada 65 xalla birinci pillədə qərarlaşıb.

Exit mobile version