AUT.AZ

Qalacaq: Bu 3 tapşırığı yerinə yetirə bilsə

 “Milan”ın qeyri-sabit oyunu baş məşqçi Stefano Piolinin gələcəyi ilə bağlı suallar yaradıb.

Aut.az xəbər verir ki, o, mövsümün sonunda “rossoneri”ni tərk edə bilər. İtaliyanın “Tuttosport” nəşrinin məlumatına görə, Pioli gələn mövsüm yalnız üç tapşırığı yerinə yetirdiyi təqdirdə “Milan”da qalacaq:

– Növbəti mövsüm Çempionlar Liqasına vəsiqə

– Avropa Liqasının ən azı yarımfinalına yüksəlmək

– A Seriyasının ikinci dövrəsində “İnter” üzərində Milan derbisində qələbə.

Hazırda “Milan” A Seriyasının turnir cədvəlində üçüncüdür. Son beş Milan derbisində “Milan” 1-12-lik ümumi top fərqi ilə 5 məğlubiyyət alıb.

Aut.az

Exit mobile version