AUT.AZ

Hamısı “Real”a görə: “Liverpul”un lideri “Bavariya”ya keçir?

“Liverpul”un şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertson “Bavariya”nın transfer hədəfinə çevrilib.

Aut.az xəbər veririk, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçu “Real”a keçməyə yaxın olan kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisi əvəz etmək üçün ən yaxşı variant hesab olunur .

Endryu Robertson bu mövsüm “Liverpul”un heyətində 15 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı Şotlandiya yığmasının kapitanının dəyərini 35 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version