AUT.AZ

Fransa başını itirib: Olimpiada ilə bağlı bu plan oğurlandı

Paris meriyasının əməkdaşı şəhərin qatar stansiyalarından birində şəxsi noutbukunun oğurlanması barədə polisə ərizə verib.

Aut.az xəbər verir ki, məmurun noutbukunda bu yay baş tutacaq Olimpiya Oyunları zamanı təhlükəsizlik planları olan bütün məlumatlar olub. Bu barədə BFM məlumat yayıb.

Hadisə bazar ertəsi baş verib. Şəhər meriyasının əməkdaşı səyahət zamanı noutbuk olan çantanı yanındakı oturacağa qoyub və onu qatarda unudub. Polis faktla bağlı araşdırmalara başlayıb.

Exit mobile version