AUT.AZ

“Çelsi”də kabus: 60 milyonluq futbolçu yenə də…

“Çelsi”nin vingeri Kristofer Nkunku daha bir zədə alıb.

Aut.az xəbər verir ki, zədənin xarakteri hələ məlum deyil, lakin “The Athletic”in məlumatına görə, 26 yaşlı fransalı futbolçunun sağalması təxminən bir ay çəkəcək.

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino vəziyyəti şərh edib:

“Dünən biz Nkunkunun zədələndiyini öyrəndik, lakin bunun nə vaxt baş verdiyini bilmirik. Bu günə kimi o, üç-dörd həftə yaşıl meydanlardan kənarda qalıb. Ümid edirəm ki, bu dəfə daha uzun olmayacaq”.

Nkunku keçən yay 60 milyon avroya “RB Leipzig”dən “Çelsi”yə keçib, lakin qısa müddət sonra çarpaz diz bağlarını cırıb. Bu zədədən sağaldıqdan sonra yanvar ayında omba nahiyəsindən zədə aldı.

Ümumilikdə, Nkunku bu mövsüm cəmi 10 oyun keçirib və 2 qol vurub.

Aut.az

Exit mobile version