AUT.AZ

Bu döyüşü qəsdən yubadır? – Atası ittihamlara cavab  verdi

WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyurinin atası Con Fyuri oğlunun WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usiklə döyüşü qəsdən yubatması ilə bağlı səslənən ittihamları rədd edib.

Aut.az xəbər verir ki, o, oğlunun zədəsinin ciddi olduğunu bildirib.

“Bu cəfəngiyatdır. Sparrinq partnyoru dedi ki, nə olub, zədələr olur. Boş-boş danışmaq heç nəyi dəyişməyəcək, ona görə də susun, özünüzü idarə edin, qoy 18 mayda döyüşsünlər. Sonra hər şey həll olunacaq.

Tayson yaxşı görünür, elə deyilmi? Amma mən onun zədəsinə çox sərt reaksiya verdim. Çünki Taysonun hansı formada olduğunu görəndə… Mən həmişə demişəm ki, Tayson üçün 70 faiz formada olmaq Usik üçün çoxdur, amma görünür, biz 70 faizi də üstələyəcəyik.

Tayson titul qazandıqdan sonra ən yaxşı formada görünür. Mən heyran oldum, əla iş gördülər, ona görə də onlara uğurlar”, – Con Fyuri bildirib.

Aut.az

Exit mobile version