AUT.AZ

“Barselona” ona qiymət qoydu: 1 milyard

“Barselona” rəhbərliyi komandanın yarımmüdafiəçisi Lamin Yamalla müqaviləni uzatmağı planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportiv”o məlumat yayıb .

Məlum olub ki, “Barselona”nın 16 yaşlı Yamalla yeni sözləşmə imzalamaq üçün anlaşması var. Qeyd olunur ki, 18 yaşı tamam olandan sonra yarımmüdafiəçi katalonlarla müqaviləsini 2030-cu ilin yayına kimi uzadacaq.

Artıq “Barselona” müqavilədə təzminat məbləğini qeyd edib – 1 milyard avro.

Qeyd edək ki, Yamal bu mövsüm “Barselona”nın heyətində La Liqada 25 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Exit mobile version