AUT.AZ

Stenli Kubokunun yeddiqat qalibi öldü

Stenli Kubokunun yeddiqat qalibi Jan Qay Talbot 91 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “Monreal Kanadiens”in mətbuat xidməti məlumat yayıb.

Talbot MXL karyerasına 1954-55 mövsümündə Kanada klubunda başlayıb. O, “Monreal”da bir neçə mövsüm oynayıb və 1956-cı ildən1960-a qədər ardıcıl beş mövsümdə Stenli Kubokunu qazanan 12 oyunçudan biri idi.

Talbot 1965 və 1966-cı illərdə “Monreal” ilə daha iki dəfə Kuboku qazanıb.

Aut.az

Exit mobile version