AUT.AZ

Konfrans Liqası: “Fənərbağça”nın rəqibi bilindi

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Aut.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun (Zaqreb) rəqibi müəyyənləşib. Xorvatiya çempionu 1/4 finala gedən yolda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Union” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də baş tutacaq.

UEFA Konfrans Liqası: 1/8 final mərhələsi

“Servett” (İsveçrə) – “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) – “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) – “Brügge” (Belçika)

“Union” (Belçika) – “Fənərbağça” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) – “Lill” (Fransa)

“Makkabi” (Hayfa, İsrail) – “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)

Exit mobile version