AUT.AZ

Gözə gəldi: Faiq ayağını sındırdı – FOTO

Dünyanın ən zəngin futbolçusu olan Bruney millisinin yarımmüdafiəçisi Faiq Bolkiah ağır zədə alıb.

Aut.az xəbər verir ki, “Çonburi”nin futbolçusu Tailand çempionatında “Polis Tero” ilə matçın ikinci hissəsində meydana çıxsa da, cəmi 9 dəqiqə oynayıb. Rəqiblə toqquşma zamanı Faiq ayağını sındırıb və əməliyyat olunacaq.

“Bütün xoş mesajlarınız üçün təşəkkür edirik. Bir neçə gün əvvəl öyrəndiyim xəbər məni şoka saldı, amma nikbin qalacağam və daha güclü qayıtmaq üçün çox çalışacağam”, – futbolçu İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, vaxtilə “Lester” və “Çelsi”nin akademiyalarında təhsil alan Bolkiah “Çonburi”nin heyətində bu mövsüm çempionatda və Tailand Kubokunda 14 oyun keçirib, 2 qol vurub.

Aut.az

Exit mobile version