AUT.AZ

Olimpiadada iştirak etmək üçün görün nə edəcək

“Atletiko”nun hücumçusu Antuan Qrizmann Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçu “Le Monde” açıqlamasında bunu klub rəhbərliyi ilə müzakirə edəcəyini bildirib:

“Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün əlimdən gələni edəcəyəm. Bu müstəsna bir şeydir. Vaxtı gələndə rəhbərliklə danışıqlar aparacağam. O zaman məni yarışa buraxıb-buraxmayacaqlarını öyrənəcəm”.

Xatırladaq ki, Olimpiadada iştirak komandalar heyətlərinə 23 yaşdan yuxarı 3 futbolçu daxil edə bilərlər. 2024-cü il Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Aut.az 

Exit mobile version