AUT.AZ

Mətbuata qəzəbləndi: Utanın

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq qarşıdakı yay transfer pəncərəsində Kataloniyadan ayrılacağı ilə bağlı yayılan şayiələrə cavab verib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.

“Həmişə olduğu kimi, mətbuatda çoxlu saxta xəbərlər var. Bəzi mətbuat nümayəndələri bundan utanmalıdırlar və buna son qoymaq lazımdır. Bəziləri mənim maaş rəqəmlərimi düzəldiblər. Mən “Barsa”da çox xoşbəxtəm və ümid edirəm ki, uzun illər burada qalacağam”, –  Yonq deyib.

Bu mövsüm de Yonq bütün yarışlarda 23 matçda iştirak edib və bir qol vurub. Futbolçunun İspaniya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az

Exit mobile version