“Çelsi”nin ulduzu Ukrayna ordusuna 50 PUA bağışladı – FOTO
“Çelsi”nin ukraynalı vingeri Mixail Mudrik Ukrayna hərbçilərinə 50 pilotsuz uçan aparatı təhvil verib.
Aut.az xəbər verir ki, 23 yaşlı futbolçu bu barədə rəsmi İnstaqram hesabında məlumat verib.
Dünən Mixail Mudrik hazırda Londonda keçirilən Moda Həftəsində olub. Ondan başqa moda tədbirinə “Arsenal”, “Everton” və “Çelsi”nin bəzi futbolçuları qatılıb.
Bu mövsüm Mixail Mudrik “Çelsi”nin heyətində 25 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.
Daha əvvəl TRO briqadasının komandir müavini Ruslan Batır bildirmişdi ki, digər ukraynalı futbolçu, “Jirona”nın hücumçusu Artyom Dovbik onun briqadasını lazım olan hər şeylə tam təmin edir.

Aut.az
